Qaz analizatoru

qaz qarışığının tərkibini təyin edən cihaz. Növləri: əl ilə işləyən Q.a. və avtomat Q.a. Əl ilə işləyənlərdən ən çox yayılanı absorbsiyaedici analizatorlardır. Bunlarda qaz qarışığının komponentləri bir-birinin ardınca müxtəlif reagentlərin məhluları ilə udulur. Avtomat Q.a qaz qarışığının, yaxud onun ayrı- ayrı komponentlərinin fiziki və ya fiziki-kimyəvi xasələrini arasıkəsilmədən ölçür. Avtomat Q.a. cihazları öz iş prinsipinə görə 3 qrupa ayrılır.
Qaz amili
Qaz analizi
OBASTAN VİKİ
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Gözyaşardıcı qaz
Gözyaşardıcı qaz (lachrymatory agent və ya lachrymator (lacrima Latın dilindən tərcümədə göz yaşı deməkdir)) — gözdəki korneal sinirləri stimullaşdıraraq göz yaşına, ağrıya, qusmaya və hətta korluğa səbəb olur . Ümumi lakrimatorlara bibər spreyi (OC gaz), CS gaz, CR gaz, CN gaz , nonivamide, bromoacetone, xylyl bromide, syn-propanethial-S-oxide (soğanlardan) və Mace daxildir. Lakrimatorlar daha çox etiraz aksiyalarında etirazçılarının dağıdılmasında istifadə edilir. Onların müharibədə kimyəvi maddə kimi istifadə edilməsi müxtəlif beynəlxalq müqavilərlə qadağan edilmişdir. Birinci Dünya Müharibəsi zamanı toksik lakrimatorlar istifadə edilmişdir.
Kiçik qaz
Kiçik qaz (lat. Nettapus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
QAZ-21
QAZ-21 — Qorki avtomobil zavodunda 6-cı minik avtomobildir.
QAZ-31105
QAZ-31105 — Qorki Avtomobil Zavodu tərəfindən 2004–2009-cu illərdə istehsal edilmiş Volqa seriyasına mənsub avtomobil.
QAZ-311055
QAZ-311055 — Rusiya avtomobili.
QAZ-53
QAZ-53 — Qorki Avtomobil Zavodunda yük maşınlarından biri. Bu yük maşını 1961-ci ildən 1992-ci ilə qədər istehsal edilib. Qaz-53 yük maşını modelinin bir neçə növü vardır: Qaz-53f (1961-1967), Qaz-53a (1965-1983), Qaz-53 (1983-1992).
QAZ-66
QAZ-66 (rus. ГАЗ-66) — Qorki Avtomobil Zavodunun 1964–1999-cu illərdə istehsal etdiyi yük avtomobil. Sovet Ordusunda və 1960–1990-cı illərində SSRİ və Rusiyanın milli iqtisadiyyatında istismar olunmuş ən kütləvi yük maşını. Rusiyada xalq arasında "Şişiqa" ləqəbi ilə tanınır. Avtomobilin konstruktoru Aleksandr Dmitriyeviç Prosvirnindir. Konveyerdən son nüsxəsi – "QAZ-66–40" 1 iyul 1999-cu ildə buraxılmışdır. Ümumilikdə "QAZ-66" ailəsinə aid 965.941 nüsxə istehsal olunmuşdur. GAZ-66 ailə. 1999-cu ildə istehsalı dayandırıldıqdan sonra, onun əvəzinə QAZ-3308 əvəzinə istehsal olunur. QAZ-66–1 (1964–1968) QAZ-66A (1964–1968) QAZ-34 QAZ-66B (1966) QAZ-66D (1964–1968) QAZ-66P QAZ-66E (1964–1968) QAZ-66–01 (1968–1985) QAZ-66–02 (1968–1985) QAZ-66–03 (1964–1968) QAZ-66–04 (1968–1985) QAZ-66–05 (1968–1985) QAZ-66–11 (1985–1996) QAZ-66–12 (1985–1996) QAZ-66–14 (1985–1996) QAZ-66–15 (1985–1996) QAZ-66–16 (1991–1993) QAZ-66–21 (1993–1995) QAZ-66–31 QAZ-66–41 (1992–1995) QAZ-66–40 (1995–1999) QAZ-66–92 (1987–1995) QAZ-66–96 İxrac üçün QAZ-66–51 (1968–1985) QAZ-66–52 (1968–1985) QAZ-66–81 (1985–1995) QAZ-66–91 (1985–1995) İxtisaslaşdırılmış AP-2 AS-66 DDA-66 QZSA-731, 983A, 947, 3713, 3714 MZ-66 R-142 3902, 3903, 39021, 39031 2001, 2002, 3718, 3719, 3716, 3924, 39521 QAZ-SAZ-3511 QAZ-KAZ-3511 Avtobuslar NZAS-3964, Volqar-39461 APP-66 PAZ-3201, PAZ-672 PAZ-3206, PAZ-3205 2010-cu ildə istehsal edilən "Call of Duty 7: Black Ops" oyununda "QAZ-66" bazasında hazırlanmış "Vorkuta" mühafizəçilər üçün nəqliyyat kimi istifadə olunur.
Qaz (cins)
Qaz (dəqiqləşdirmə)
Qaz — maddənin aqreqat halı Qaz (quş) — quş cinsi. QAZ — Qorki Avtomobil Zavodu Qaz (film, 1931) — Azərbaycanda təbii qazın çıxarılması haqqında təbliğat filmi. QAZ (film, 2005) — Qeyri-Adi Zarafat komediya filmi.
Qaz (təbii)
Qaz — ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. Ən iri qaz ehtiyatlarına malik olan ölkələr Rusiya (1-ci yer), ABŞ, Iran, Türkmənistan, Niderland, Norveç, Kanada, Meksika, Əlcəzair, İndoneziyadır. Qaz sözü (nid. gas) ilk dəfə XVII əsrdə Helmont Yan Boptist tərəfindən istifadə olunmuşdur. Yanar qazların sənaye və məişətdə istehlakına hələ ötən yüzilliklərdə başlanmışdır. Daş kömürü termik emal etməklə onun tərkibində olan metan və digər qaz qarışıqlarını almışlar. İlk dəfə olaraq bu üsuldan 1830–1840-cı illərdə İngiltərədə geniş istifadə olunmuş, daş kömürdən qazın alınmasını reallaşdıran çoxsaylı zavodlar fəaliyyət göstərmişlər. Bu emal qazından iri sobalarda yandırmada və nisbətən də evlərin qızdırılmasında istifadə edilmişdir. Lakin burada miqyas genişliyi çox böyük olmamışdır. Artıq XX əsrin ortalarında digər yanar qazlarla yanaşı, təbii qazdan da sənayedə, məişətdə istifadə olunmasına başlanmışdır.
Qaz dağı
Qaz dağı – Kiçik Asiyanın şimal-qərb sahilindəki bir dağ silsiləsi, Misiyadan başlayaraq Frigiyadan uzanan Kocakatran dağ silsiləsinin ən yüksək hissəsi, Biqa (Troada) yarımadasında, Edremit körfəzinin şimalında, Türkiyənin qərbində, Çanaqqala ili ilə Balıkəsir ili arasında yerləşir. Edremitin 18 kilometr şimal-qərbində qərarlaşır. Ən yüksək zirvəsi dəniz səviyyəsindən 1774 metr yüksəklikdəki Qaz dağıdır. İl ərzində 1500 mm-ə qədər yağıntı düşür. Şimal yamacında iynəyarpaqlı meşələr, cənub yamacında palıd meşələri yayılmışdır. Antik coğrafiyada Qaz dağı, Troyanın şimalında yerlədiyi İda dağı (İda dağı, q.yun. Ἴδη, türk. İda Dağı) olaraq bilinir. İda dağı Homer tərəfindən İliadada bulaqlarda bol və meşə baxımından zəngin, vəhşi heyvanlar üçün yaşayış yeri olaraq xatırlanır. İdanın ən yüksək zirvələri Qarqar (Qarqaron.
Qaz kamerası
Qaz kamerası edamın icra üçün istifadə olunan bir üsuldur. Bağlı bir otaqdan və içinə qoyulmuş zəhərli və ya asfiksiyalı (boğucu) qazlardan ibarətdir. Bu otaq üçün ən çox istifadə olunan qaz hidrogen siyaniddir; karbon qazı və karbonmonoksit də istifadə edilə bilər. 1789-cu ildə Böyük Fransa inqilabının əvvəlində istifadəyə verilmişdi, lakin təsiri İkinci Dünya Müharibəsi əsnasında artan məhkumların dar otaqlarda zəhərli CO qazı ilə öldürülməsi ilə üzə çıxdı. Qaz kameralarının əsas istifadəsi müharibənin sonunda döyüşdən qaçan əsgərləri cəzalandırmaq və ya müharibədə əsir düşən düşmən qüvvələrini zərərsizləşdirmək olmuşdur. Bununla birlikdə, 1939-1943-cü illərdə yəhudi soyqırımı kimi tanınan qırğınlarda və əsir düşmüş qaraçıların öldürülməsində qanunsuz olaraq istifadə edilmişdir. Bu zəhərli qazların kəşfi, qaz kameralarının kəşfindən təxminən 122 il sonra, 1911-ci ildə məşhur fizik Albert Eynşteyn tərəfindən universitet tezis mövzusu olaraq hazırlanmışdır. Almaniya və Fransadan başqa, qaz kameraları da Böyük Britaniya Hərbi Akademiyasında verilən əmrə itaətsizlik cinayəti zamanı ciddi olmamaq təqdirində tələbənin huşunu itirməsi üçün istifadə olunurdu. Ancaq onun ləğvi 1982-ci ildə baş tutmuşdur. Nəhayət, sonuncu dəfə 1942-ci ildə İkinci Dünya Müharibəsindən qaçmış Kaly France adlı şəxsin öldürülməsi üçün istifadə edildi, ancaq riskli olduğu üçün yalnız cinayətkarlara tətbiq edilirdi, ancaq sonradan yalnız ağır cinayətlər edən insanlar üçün istifadə edilmişdi.
Qaz lampası
1897-ci ildə Londonun bir neçə nöqtəsində Pluto Lamp (qaz lampası) quraşdırılır. Bu aparatlar yalnız küçələri işıqlandırmaqdan ibarət olmur, eyni zamanda satış (vending) maşını kimi fəaliyyət göstərirdi — isti kofe, çay və kakao təklif edirdi. Bununla bərabər, avtomat-fanarda siqaret və qəzet də almaq mümkün idi. Həmçinin, bir başqa modelində Scotland Yard"a məktub göndərilməsi üçün teleqraf da quraşdırılmışdı. Bunların hamısı qaz ilə işləyirdi.
Qaz nəhəngi
Qaz nəhəngi əsas olaraq hidrogen və heliumdan ibarət olan nəhəng planetdir. Qaz nəhəngləri bəzən sönmüş ulduz olaraq da bilinirlər, çünki bu nəhənglər ulduz kimi eyni təməl elementlərdən təşkil olunurlar. Yupiter və Saturn Günəş sisteminin qaz nəhəngləridir. Qaz nəhəngi termini, əslində, "nəhəng planet"-lə sinonim idi, ancaq 1990-cı illərdə daha ağır maddələrdən təşkil olunan Uran və Neptunun nəhəng planet sinfindən olduqca ayrı olduğu bilindi. Bu səbəbdən, Uran və Neptun indi buz nəhəngləri kimi ayrı bir kateqoriyada sinifləşdirilirlər. Yupiter və Saturn, əsasən, hidrogen və helyum kimi yüngül qazlardan ibarətdir, nisbətən ağır elementlər onların ümumi kütləsinin 3-13%-ə qədərini təşkil edir.
Qaz nəhəngləri
Qaz nəhəngi əsas olaraq hidrogen və heliumdan ibarət olan nəhəng planetdir. Qaz nəhəngləri bəzən sönmüş ulduz olaraq da bilinirlər, çünki bu nəhənglər ulduz kimi eyni təməl elementlərdən təşkil olunurlar. Yupiter və Saturn Günəş sisteminin qaz nəhəngləridir. Qaz nəhəngi termini, əslində, "nəhəng planet"-lə sinonim idi, ancaq 1990-cı illərdə daha ağır maddələrdən təşkil olunan Uran və Neptunun nəhəng planet sinfindən olduqca ayrı olduğu bilindi. Bu səbəbdən, Uran və Neptun indi buz nəhəngləri kimi ayrı bir kateqoriyada sinifləşdirilirlər. Yupiter və Saturn, əsasən, hidrogen və helyum kimi yüngül qazlardan ibarətdir, nisbətən ağır elementlər onların ümumi kütləsinin 3-13%-ə qədərini təşkil edir.
Qaz qaytarması
Ördək qaytarması, qaz qaytarması (lat. Potentilla anserina) - qaytarma cinsinə aid bitki növü. Argentina anserina (L.) Rydb. Argentina anserina var. concolor (Ser.) Rydb. Argentina argentea Rydb. Argentina vulgaris Lam. Dactylophyllum anserina (L.) Spenn. Dasiphora anserina (L.) Raf. Fragaria anserina (L.) Crantz Potentilla anserina var.
Qaz reflektoru
Qaz reflektoru — Reaktiv təyyarənin atılması və ya bir raketin atılması zamanı şəxsi heyət və avadanlıqları isti reaktiv qazlar reaktivindən qorumaq üçün hazırlanmış bir cihaz. Bir qayda olaraq, uçuş-enmə zolağında və ya başlatma qurğusunun arxasında quraşdırılan, istiliyədavamlı materialdan ibarət olan bir paneldir . Çox vaxt panellər axan su və ya digər soyuducu ilə soyudulur. Bəzi hallarda (məsələn, təyyarə daşıyıcılarında) qaz reflektorları da lazımdır ki, işlənmiş qazlar arxada dayanan təyyarənin mühərriklərini sıxmasınlar . Hidravlik aktuator vasitəsi ilə qalxan və yıxılan və süni şəkildə soyudulan monolit betondan metal və ya şüşə panellərə qədər müxtəlif mürəkkəblik dərəcəsi ilə tanınan qaz kameraları. Aerodromlarda və təmir sexlərində qaz reflektorları tez-tez səs əmici maneələrlə birləşdirilir. İlk qaz reflektoru 1950-ci illərdə hava limanlarında peyda oldu. 1960-cı illərdə hündürlüyü 1.8–2.4 m olan qaz reflektorları istifadə edildi; 1990-cı illərə qədər hündürlüyü iki dəfə artdı. Füzelaj səviyyəsindən yuxarı (McDonnell Douglas DC-10, MD-11) mühərrikləri olan böyük təyyarələr üçün qaz soyuducularının hündürlüyü 10 m-ə çatdı. Qaz reflektorları uçuş-enmə zolağının əvvəlində və tez-tez hava limanının perimetri ətrafında quraşdırılmışdır.
Qaz sabiti
Qaz sabiti ( R ) {\displaystyle \left(R\right)} — fundamental fiziki sabit olub 1 mol ideal qazın hal tənliyinə daxildir: p V μ = R T {\displaystyle pV_{\mu }=RT} . Burada p − {\displaystyle p-} təzyiq, V μ − {\displaystyle V_{\mu }-} 1 m o l {\displaystyle 1\,{\rm {{}mol}}} qazın həcmi (molyar həcm), T − {\displaystyle T-} mütləq temperatur, R {\displaystyle R} isə universal (molyar) qaz sabitidir. Qaz sabiti ədədi qiymətcə maddə miqdarı 1 mol olan ideal qazın sabit təzyiqdə 1 K qızdıqda genişlənərkən gördüyü işə bərabərdir. Qaz sabitinin BS-də ədədi qiyməti aşağıdaakı kimidir: R = 8.3144598 ( 48 ) C m o l ⋅ K {\displaystyle R=8.3144598(48){\frac {C}{\rm {{mol}\cdot {\rm {K}}}}}} . Dairəvi mötərizələrdəki ədəd kəmiyyətin qiymətinin axırıncı rəqəmlərdəki standart xətasını göstərir. R {\displaystyle R} universal (molyar) qaz sabiti k B {\displaystyle k_{\rm {B}}} (çox vaxt k {\displaystyle k} kimi işarə edilir) Boltsman sabiti ilə N A {\displaystyle N_{\rm {A}}} Avoqadro sabitinin hasilinə bərabərdir: R = k N A . {\displaystyle R=kN_{\rm {A}}.} R {\displaystyle R} universal (molyar) qaz sabitinin maddənin M {\displaystyle M} molyar kütləsinə nisbətinə xüsusi qaz sabiti deyilir və B {\displaystyle B} kimi işarə edilir ( [ B ] = C k q ⋅ K ) {\displaystyle \left([B]={\frac {\rm {C}}{\rm {kq\cdot K}}}\right)} : B = R M .
Qaz tankeri
Qaz tankeri - Maye və ya sıxılmış formada qaz məhsullarının daşınması üçün istifadə olunan gəmi növü. Bu növ gəmiləri, daşıdıqları yükün yüksək təhlükəli olması səbəbindən son dərəcə yüksək təhlükəsizlik göstəriciləri ilə təmin edilir. Qaz tankerlərinin digər gəmilərdən fərqləndirən əsas cəhətlərdən biri, daşınan qazın maye halında saxlanılmasını təmin etmək üçün daxili soyutma sisteminə malik olmasıdır.
Qaşqa qaz
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Qırmızıdöş qaz
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Sintez qaz
SİNTEZ QAZ— Karbon (II) oksid ilə hidrogenin 1:1 — dən 2–2.3:1 — ə qədərhəcm nisbətlərində qarışığından ibarətdir. Əvvəllər sintez-qaz kömürdən alınırdı. Sonradan karbohidrogenlərin konversiyası üsulu ilə üstünlük təşkil etməyə başladı. Karbohidrogenlərin konversiyası həm katalitik, həm də yüksək temperatur şəraitində aparıla bilər. sintez- qaz üçün xammal kimi metan, təbii qaz və neftin fraksiyaları götürülə bilər. Karbohidrogenlərin katalitik konversiyası Al2O3 üzərində olan Ni katalizatoru iştirakı ilə karbohidrogenlərin su buxarı ilə konversiyasından ibarətdir. Metanın konversiya dərəcəsini artırmaq üçün proses 800-900oC-də və su buxarının artıq miqadarı iştirakı ilə aparılır. Su buxarının və metanın həcm nisbətləri təxminən 4:1 götürülür. Metanın konversiyası zamanı alınan qaz qarışığında H2:CO həcm nisbəti çox böyük olub minimum 3:1 həddindədir. Lakin üzvi sintez üçün istifadə edilən sintez-qazda H2:CO nisbəti 1:1-dən (2.0-2.3):1həddində olmalıdır .
Qaz (quş)
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Qaz gölü
Qaz gölü — Yeni Torpaq arxipelaqına daxil olan, Cənub adasının ən böyük yarımadası olan Qusinaya Zemlya yarımadasında yerləşən göl. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Gölün su səthinin sahəsi 15,8 km², su toplayıcı sahəsi isə 299 km² təşkil edir. Gölün cənub sahilində bir ovçu daxması vardır. Qərbdən gölə kiçik Arxoyaxa çayı tökülür. Göldən axan çaylar Litke körfəzinə tökülür. Gölün gərbində kiçik adalar vardır. Göldə çoxlu balıq vardır. Tüktökmə dönəmində burada çoxlu sayda qaz müşahidə etmək olar.